“Eurovision” mahnı müsabiqəsinin məşvərət qrupunun Bakıda ilk iclası olub - FOTO

“Eurovision” mahnı müsabiqəsinin məşvərət qrupunun Bakıda ilk iclası olub - FOTO

Avqustun 31-i və bu gün "Eurovision" mahnı müsabiqəsinin məşvərət qrupunun Bakıda ilk iclası olub. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, toplantıda İctimai Televiziya Məsvərət qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin "Eurovision Mahnı Müsabiqəsi-2012" ilə əlaqədar indiyədək görülən işlər, təskilati məsələlər müzakirə edilib.

Eurovision Mahnı Müsabiqəsinin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında Məsvərət qrupuna məlumat verilib. Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələri ilə tanışlıqdan sonra Məsvərət qrupunun üzvləri bu əməkdaşlığın Eurovision Mahnı Müsabiqəsinin uğurlu keçirilməsi üçün əhəmiyyətli olacağını bildiriblər.

Məsvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdirib. "Bu onu göstərir ki, musabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır"-deyə Frank-Dieter Freiling bildirib.

Eurovision TV-nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın Eurovision Mahnı Müsabiqəsi ilə bitməyəcəyini deyib. O, Eurovision Mahnı Müsabiqəsinin 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu diqqətə çatdirib. "Müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırdı. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəsəm şounun şahidi olacağıq".

Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand və müsabiqənin təskilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və "Eurovision-2012"-nin yaddaqalan şou olacağını bildiriblər.

Məsvərət qrupunun üzvləri İctimai Televiziyada şirkətin texniki imkanları tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə Eurovision Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, "Eurovision- 2012" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə