Azərbaycanlı skripkaçı Londonda konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı skripkaçı Londonda konsert proqramı ilə çıxış edəcək

Sentyabrın 18-də Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Avropa Cəmiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın konserti keçiriləcək.

SIA-nın məlumatına gorə, gənc skripkaçının konserti Londonun nüfuzlu Müqəddəs Luk kilsəsində (St Luke`s church) təşkil olunacaq.

N.Rəşidovanın ifasında Azərbaycan bəstəkarları ilə yanaşı, F.Şubert, S.Raxmaninov, P.Sarasate, L.Kreyslar, H.Vienavski kimi məşhur xarici ölkə bəstəkarlarının da əsərləri səslənəcək.

Bundan əvvəl N.Rəşidova dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşa və Misirdə konsert proqramları ilə çıxış edib.

Konsert çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Kəbirə Əliyevanın fərdi sərgisi də nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə