Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirib

Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirib
Bu gün Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirib. SIA-nın məlumatına görə, toplantıya ev sahibliyi edən yayımçı-İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb.

Məşvərət qrupunun iclasında "Eurovision Mahnı Müsabiqəsi-2012" ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunub.

Məşvərət qrupunun müsabiqəyə qədər 4-5 dəfə belə toplantısı gözlənilir.

Xatırladaq ki, "Eurovision Mahnı Müsabiqəsi-2012"nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə