Azərbaycan “Altay – türk dünyasının qızıl beşiyi” Beynəlxalq forumunda təmsil olunub

Azərbaycan “Altay – türk dünyasının qızıl beşiyi” Beynəlxalq forumunda təmsil olunub

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində "Altay – türk dünyasının qızıl beşiyi" adlı birinci Beynəlxalq forum açılıb. Bu barədə SIA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, beynəlxalq forumda Azərbaycan, Monqolustan, Qazaxıstan, Türkiyə, Rusiya, ABŞ, Polşa, Qırğızıstan, Yaponiya və Koreya Respublikasından tədqiqatçılar iştirak ediblər.

Konfransın açılışında Qazaxıstan Prezidenti Administrasiyasının nümayəndəsi D.Mınbay Prezident Nursultan Nazarbayevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Etibar İnanc uzun illər apardığı tədqiqatların nəticələrini konfrans iştirakçıları ilə bölüşüb. O, Altay dillərinin və dini bütlərin ümumi fonetik kökünü maraqlı nümunələrlə əsaslandıb.

Ümumiyyətlə, forumda dünya mədəniyyət məkanı çərçivəsində Altayın tarixi-arxeoloji, mədəni-sivilizasiya, ekoloji problemlərini əhatə edən 56 məruzə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə