Emin Ağalarov: “Azərbaycanda nailiyyətlərimlə fəxr edirlər, çünki mən azərbaycanlıyam!” - MÜNASİBƏT
"Ən çox Bakı və "See Breaze" otelinin səhnəsində çıxış etməyi sevirəm. SİA-nın məlumatına görə, bunu "Tatler.ru" saytına müsahibəsində Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov \"ən çox harada istirahət etməyi sevirsiniz\" sualına cavab olaraq deyib.
Onun sözlərinə görə, Bakıda olan tamaşaçıların isti münasibəti heç yerdə yoxdur: "Bu isti münasibətdə ondan irəli gəlir ki, məni sevənlər təkcə ifama qulaq asmağa gəlmirlər. Bununla yanaşı, onlar nailiyyətlərimlə fəxr edirlər, çünki mən azərbaycanlıyam. İstirahətə gəlincə isə yenə də Bakını seçirəm. Əlbəttə ki, övladlarımla birlikdə".
Müğənni gələcək planları haqqında da söz açıb. Belə ki, bunun sirr olduğunu desə də gələcək də tanınmış şirkətlərin biri ilə müqavilə imzalayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB