Zəhra Bədəlbəyli: “Eurovision mahnı müsabiqsənin milli seçiminin başlanması sentyabrın sonundan tez olmayacaq”- MÜSAHİBƏ

Zəhra Bədəlbəyli: “Eurovision mahnı müsabiqsənin milli seçiminin başlanması sentyabrın sonundan tez olmayacaq”- MÜSAHİBƏ

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda baş koordinatoru, Zəhra Bədəlbəyli www.eurovisionaz.com saytına müsahibə verib. SİA müsahibəni oxucularına təqdim edir:

- Rəsmi şəkildə, "Eurovision- 2012"nin keçirilmə yeri hələ açıqlanmayıb. Ehtimal var ki, müsabiqə ya Tofiq Bəhramov adına stadionda, ya da yeni bir arenanın tikiləcəyi bulvarda keçiriləcək. "Eurovision"u daha yaxşı harada keçirmək olardı?

- Mənə elə gəlir ki, T. Bəhramov adına stadionu Eurovision üçün yenidən təchiz etmək daha asan olardı. Ancaq inşaat məsələlərində o qədər də səriştəli deyiləm, ona görə də düşünürəm ki, mütəxəssislər nəyi necə edəcəklərini daha yaxşı bilirlər. Axı məhz onlar stadionu EBU tələblərinə uyğun olaraq tikəcək, yaxud dəyişdirəcəklər. Yəni ki, harada olmasından asılı olmayaraq - əminəm hər şey olmalı olduğu kimi ediləcək.

- Gələn il Bakıda olacaq "Eurovision- 2012"nin aparıcılarının adları məlumdurmu? Bu çox məsuliyyətli bir işdir- onlar bir neçə dil bilməli, yumor hissinə sahib olmalı, çünki onlar Bakıdakı müsabiqənin bir hissəsi olacaqlar. Namizədlər varmı?

- Tamamilə doğrudur. Onlar ən az ingiliscə və fransızca bilməlidirlər. Və əlbəttə ki, yerində və vaxtında zarafat etməyi də bacarmalıdırlar. Və arzu olunandır ki, onların simaları bütün Avropada olmasa da, heç olmasa yaxın qərbin bir çox ölkəsində tanınmış olsun. Bu an orada kimin olacağını demək tezdir.

- "Eurovision 2010"da Azərbaycanı Səfurə Əlizadə "Drip Drop" mahnısı ilə təmsil etmişdi və demək olar hər kəs qələbəmizə əmin idi, lakin nəticə olaraq 5-ci yeri tutduq. Bu ölkəmiz üçün yaxşı nəticə olsa belə, hər kəs ümidsizliyə düşdü. Bu il necə, sizdə qələbəyə belə bir əminlik var idimi?

- Bu il əminlik müsbət köklənmədə idi, çox yaxşı bir çıxışın olacağında idi. Nəticəni isə çalışırdıq heç müzakirə etməyək. Yenə də öz qəlbində hər kəs qələbəyə inanırdı. Qələbəni hədəf kim seçməsən – yaxşı nəticəyə ümid bəsləməyə də dəyməz.

- Siz uşaqlarla "Green room"da idiniz. "Eurovision 2011"in qalibinin elan edildiyi o anda keçirdiyiniz hisslərinizi təsvir edə bilərsinizmi?

- Ооо... hisslər çoxalan sıra ilə irəliləyirdilər. Nəticələri elan edən hər növbəti ölkə ilə biz qələbəyə yaxın olduğumuzu daha çox sezirdik. Bu inanılmaz idi. Hər şəy o qədər qeyri-real, həm də o qədər gerçək idi ki. Bütün hisslər öz ölkəmiz üçün duyduğumuz sərhədsiz sevinc və qürur ilə qarışır və kəsişirdi.

- Siz, Eldar və Nigar duetini təşkil etmək qərarına gəlmiş olan münsiflər heyətinə daxil idiniz. Deyə bilərsiniz, bu duetin təşəbbüskarı məhz kimlər idi?

- İndi hətta xatırlamaq belə çətindir. Bu ümumi qərar idi, belə ki, ya ayrılıqda bütün münsiflər heyəti üzvləri tərəfindən qəbul olunur, ya da təxirə salınırdı. Son nəticədə isə, qərar yekdilliklə ilə qəbul olundu.

- Siz və digər münsiflər yekdilliklə Eldar və Nigar duetini göndərməyə qərar verdiyiniz zaman Eurovision-ın gələcək qaliblərini seçdiyinizi təsəvvürünüzə gətirə bilirdinizmi?

- Hər il – münsiflər Eurovisiondakı təmsilçilərimizi seçərkən – məhz həmin ifaçının qələbəni gətirəcəyinə ümid olur. Eldar və Nigara da belə bir ümid var idi. Yenə də - bizə qələbə gətirin, vəssalam – deyə bir qoyuluş da yox idi. Sadəcə hər kəs çox ümid edirdi ki, məhz bu duet ölkəmizi Eurovision-da layiqincə təmsil edəcək.

- "Eurovision 2012" üçün milli seçimin kastinqlərinin başlanma tarixi məlumdurmu? Azərbaycanda bu il də uğurlu açıq seçim formatı istifadə olunacaqmı?

- Seçimin başlanacağı tarix hələ məlum deyil. Ən azından bu sentyabrın sonundan tez olmayacaq. Ancaq milli seçimin formatı da hələlik məlum deyil. Hər il olduğu kimi bu il də İctimai kanalın milli seçimin formatını dəyişmək hüququ var, istərsə onu qapalı edə bilər, istərsə ifaçını birbaşa təyin edə bilər.

- Eurovision 2012-də Azərbaycanı təmsil edəcək ifaçının azərbaycan dilində mahnı oxuyacağına dair ehtimal varmı?

- Ehtimal əlbəttə ki var. Ancaq hələ heç ifaçı belə məlum deyil – mahnının necə olacağını söyləmək hələ tezdir. O, istənilən dildə, istənilən janrda yazıla bilər. Əsas odur ki, o, ifaçıya uyğun olsun və ölkənin müsabiqədə iştirak etdiyi zaman kəsiyində aktual olsun.

- Azərbaycan bilici Avropa tamaşaçısını təəccübləndirə biləcəkmi? "Eurovision 2012" əvvəlki illərin müsabiqələrdən köklü şəkildə nə ilə fərqlənəcək?

- Hər şey güclü şəkildə fərqlənəcək. İstər səhnə, istər xüsusi effektlər, istər yarı-finalların və finalın musiqili açılışı, istərsə də Eurovision gecələri – bunlar hamısı çox gözəl və maraqlı təşkil olunacaq. Əlbəttə təşkilat komitəsi mümkün hər şeyi edəcək ki, Eurovision 2012 tamaşaçılar və tele-izləyicilərin yaddaşında öz parlaqlığı və qeyri-adiliyi ilə qalsın. Bu əsl mahnı bayramı olacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə