Azərbaycana "Eurovision-2011" mahnı müsabiqəsində birincilik qazandıran təmsilçilərimiz yenidən Almaniyaya gediblər. SİA-nın məlumatına görə, bu barədə xəbər Eldar Qasımovun \"Twitter\" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
İfaçıların Almaniyaya yenidən getməklərinin səbəbi isə MDR telekanalının efirində çıxış etmələri olacaq.
Eldar və Nigar bu gün efirə çıxacaq Almaniyanın populyar \"Die Schlager des Sommers\" teleşousunda iştirak edəcəklər.
Qeyd edək ki, şou MDR kanalında yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB