“Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” xeyriyyə konsertinin mətbuat konfransı keçirilib
"Məlahətli ana" Uşaqlara Yardım İctimai Birliyi sentyabrın 1-də "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" devizi ilə xeyriyyə konserti keçiriləcək. SİA-nın məlumatına görə, xeyriyyə konserti ilə bağlı bu gün "Eurovision- 2010" mahnı müsabiqəsinin 5-cisi Safura Əlizadə, müğənni Sevda Yəhyayeva, bədii hissənin təşkilatçısı Tarix Əliyevin (Tolik) iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfransda iştirak edən İB-nin sədri Natiq Əhmədov bildirib ki, xeyriyyə konsertinin keçirilməsində məqsəd rəsmi məlumatlar və birliyin öz araşdımaları nəticəsində müəyyənləşdirilən 1000-lərlə imkansız şagirdləri məktəbli forması və çantası ilə təmin etməkdir.
Müğənnilər isə bildiriblər ki, bu kimi xeyriyyə tədbirinin keçirilməsi olduqca vacib və əhəmiyyətlidir.
Məlumat üçün bildirək ki, konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri - Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, \"N-brothers\" qrupu, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, , Kristal qrupu, "Maori" rəqs qrupu - Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, "Bülbüllər" ansanblı, 2 nömrəli uşaq evinin rəqs ansanbılı və "Noğullar" rəqs ansanbılı çıxış edəcək.
Konsertin aparıcıları isə Azərbaycan Respublikasının əməkdar artisti İlham Əsgərov və Azərbaycanın tanınmış müğənnisi Safura Əlizadədir.
Qeyd edək ki, "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" devizi ilə xeyriyyə konserti sentyabrın 1-də, saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB