Amerikanın məşhur müğənnisi, aktrisa və prodüsseri Barbra Streyzand yeni albomunu satışa çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğəninin 33-cü albomu "What Matters Most" adlanır. Albom iki versiyada- standart və deluks formada olacaq.
Onu da bildirək ki, albomu B. Streyzandın rəsmi saytından da sifariş etmək olar.
Qeyd edək ki, Barbra Streyzand iki dəfə Oskar mükafatına layiq görülüb. Bu mükafat ona "Ən yaxşı aktrisa" və "ən yaxşı orijinal musiqi" nominasiyasına görə verilib. Bundan əlavə, müğənni "Emmi", "Gremi" və "Qızıl qlobus" mükafatlarının sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB