Rəssam Hafiz Kərimovun ilk fərdi sərgisi açılıb- FOTOSESSİYA
Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Hafiz Kərimovun ilk fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, rəssam ən çox təbiət mövzusuna, eləcə də digər janrlara üstünlük verir.
Hafiz Kərimov isə sənət əsərlərində ən çox sulu, yağlı və tuş- quaj boyalardan istifadə etdiyini vurğulayıb: "Ən çox təbiət mövzularına üstünlük verirəm. Bugünkü ilk fərdi sərgimdə 60-a yaxın rəngkarlıq əsərləri nümayiş etdirilir. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilir. Rəssamın Türkiyədə, Naxçıvanda sərgiləri keçirilib".
Sərgidə iştirak edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəssamı ilk fərdi sərgisinin keçirilməsinə görə təbrik edib. O bildirib ki, rəssam Azərbaycanın maraqlı və gözəl mənzərələrini kətan parça üzərində yağlı və sulu boyalarla məharətli şəkildə işləyib: "Məhz buna görə də belə istedadlı rəssamların bacarıqlarını nümayiş etdirilməsi üçün bu cür şəraitlərin yaradılmasını yüksək qiymətləndirmək lazımdır".
Məlumat üçün bildirək ki, Rəssamlar İttifaqının üzvü olan Hafiz Kərimov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Respublika və xarici ölkələrin sərgilərində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB