“Nizami” kinoteatrı cari ilin oktyabrında qapılarını tamaşaçıların üzünə açacaq
Cari ilin oktyabrında "Nizami" kinoteatrı əsaslı təmirdən sonra qapılarını yenidən tamaşaçıların üzünə açacaq. SİA-nın məlumatına görə, kinoteatrdakı təmir "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Qabaqcıl Avropa şirkətlərinin istehsalı olan avadanlıqla təchiz ediləcək bu mədəniyyət mərkəzində gələcəkdə festivallar və kino həftələrinin keçirilməsi üçün hər cür şərait yaradılacaq.Qeyd edək ki, 1940-cı ildə tikilmiş kinoteatr 2008-ci ilin sentyabrından təmirə dayanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB