Xalq artisti itkin düşüb

Rusiyanın xalq artisti Tatyana Samoylova Moskvada itkin düşüb. SİA-nın "mignews.com" saytına istinadən verdiyi məlumata görə, bu xəbəri yerli icra administrasiyasının rəsmiləri bildirib.

"Onu nə evində, nə də ki, xəstəxanalarda tapa bilmədik. Biz ona 3 il diqqət və qayğı göstərdik, çünki bu bizim borcumuz idi",- deyə qurumdan bildirilib.

Qurumdan o da bildirilib ki, aktrisanın itməsi bizi çox narahat etdi, çünki biz onun üçün məsuliyyət daşıyırıq. Məhz bu səbəbdən də polisə müraciət etdik.

Qeyd edək ki, xalq artisti 1934-cü ildə anadan olub. O, Mayakovski və Vaxtanqov teatrında çalışıb. Tatyana Samoylova dünya şöhrəti gətirən rolu isə Mixayıl Kalotzovanın "Durnalar uçur" filmindəki Veronika obrazı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə