İlkin Əhmədov oktyabrda ikinci diskini muğamsevərlərə təqdim edəcək

İlkin Əhmədov oktyabrda ikinci diskini muğamsevərlərə təqdim edəcək
Muğam müsabiqəsinin laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov oktyabrda ikinci diskini muğamsevərlərə təqdim edəcək.SİA-nın məlumatına görə, müğənninin yeni diskində xalq və bəstəkar mahnıları yer alacaq.


"Aşıq Qərib" operasında rol alan İlkin Əhmədov, eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının məşqlərində iştirak edir.


Gənc müğənni "Qarabağ şikəstəsi"nə klip çəkdirmək niyyətini də yaxın vaxtlarda reallaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə