Siyavuş Aslan bu gün xəstəxanadan buraxılıb

Siyavuş Aslan bu gün xəstəxanadan buraxılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Siyavuş Aslan bu gün 1 saylı Şəhər Xəstəxanasından evə buraxılıb. SİA-nın məlumatına görə, aktyorun vəziyyəti hazırda qənaətbəxşdir. Ağır yerisə də nitqində problem yoxdur və özünü normal hiss edir.

Qeyd edək ki, səhhəti pisləşən Siyavuş Aslan avqustun 3-ü axşam saatlarında 4 saylı Şəhər Xəstəxanasına aparılıb, səhəri gün isə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Aktyora kəskin beyin qan dövranının pozulması diaqnozu qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə