Emin Ağalarov: \"Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək\" - MÜNASİBƏT

Emin Ağalarov: \"Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək\" - MÜNASİBƏT
Zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin doğum günü münasibəti ilə böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn tanınmış bəstəkar müğənni Emin Ağalarov dahi sənətkarla bağlı fikirlərini bölüşüb.
Emin Ağalarov deyib: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçib. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır.
Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə