Bu gün dünya şöhrətli azərbaycanlı ifaçı Müslüm Maqomayevin doğum günü münasibəti ilə onun məzarı ziyarət edilib. SİA-nın məlumatına görə, böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, rusiyalı rejissor Roman Viktyuk, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov, rejissor Eldar Quliyev, xalq artistləri Fidan və Xuraman Qasımovalar, heykəltəraş Ömər Eldarov, rəssam Tahir Salahov, məşhur müğənni Rəşidə Behbudova və başqaları gəlib.
Mərasimdə bildirilib ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib. Müslüm Maqomayev Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verib.
Mərasimin sonunda çıxış edən sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya bildirib ki, Müslümün xatirəsinin belə böyük bir sevgi ilə anılması mənə mənəvi güc verir. Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB