TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir

TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir
Bu gündən başlayaraq Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir. Bu ilki yaradıcılıq görüşündə Azərbaycandan gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir Qazaxıstan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunub.

TÜRKSOY foto-rəssamlar görüşü türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Türk dünyasından olan istedadlı foto-rəssamlar TÜRKSOY görüşlərinə hər dəfə böyük maraqla qatılırlar. Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri fotolar kolleksiya şəklində toplanır. Türk dünyası ölkələrinin, xalqlarının mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən bu fotoların kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.

TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri avqustun 27-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə