“Eurovision - 2012” mahnı müsabiqəsində iştirakını daha 13 ölkə təsdiq edib
Gələn il Azərbaycanda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsində iştirakını daha 13 ölkə təsdiq edib. SİA-nın məlumatına görə, bunlar Albaniya, Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Makedoniya, Malta, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Serbiya və Ukraynadır.
Beləliklə, müsabiqədə iştirak edəcək ölkələrin sayı artıq 42 oldu.
Bunlar Azərbaycan da daxil olmaqla, Almaniya, Albaniya, Avstriya, Böyük Britaniya, Belçika, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, İsveç, İsveçrə, İsrail, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Serbiya və Ukraynadır.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda mayın 22-si, 24-ü və 26-sı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB