Səhnəmizin Koroğlusunun şəxsi arxivi yaradılıb. Tanınmış aktyor, bir-birindən bənzərsiz rollar ifaçısı Əfrasiyab Məmmədovun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub.
Arxivin direktoru Maarif Teymurov SİA-ya açıqlamasında bildirib ki, sənədlər arasında Ə.Məmmədovun "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" və digər səhnə əsərlərində oynadığı rolları əks etdirən fotoşəkillər var: \"Təqdim olunan materiallar sırasında mərhum sənətkarın kino və tamaşalarda tərəf müqabil olduğu, həmçinin dövrünün görkəmli adamları ilə çəkdirdiyi fotoşəkillər də yer alıb\".
M.Teymurov onu da qeyd edib ki, hazırda arxivin əməkdaşları təqdim edilən materialların siyahısını hazırlayırlar. Yaxın vaxtlarda Ə.Məmmədovla bağlı digər materiallar da arxivə təqdim olunacaq. Bütün işlər qaydaya salındıqdan sonra Əfrasiyab Məmmədovun şəxsi fondu rəsmiləşdiriləcək.
Materialları arxivə Ə.Məmmədovun qohumu, rejissor Yaqub Əliyev təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB