Azərbaycanlı cazmen Fransada konsert verəcək

Azərbaycanlı cazmen Fransada konsert verəcək

Azərbaycan səfirliyinin dəstəyi ilə Fransada keçiriləcək XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış cazmen Şahin Növrəsli iştirak edəcək. SİA-nın xəbərinə görə, İsveçrə Beynəlxalq Caz Festivalı qalibi istedadlı müğənni Şahin Növrəsli avqustun 31-də Fransada konsert proqramı ilə çıxış edəcək. Qeyd edək ki, tanınmış müğənni Türkiyə, Fransa, Kanada, Rusiya kimi ölkələrdə uğurlu konsert proqramları ilə yanaşı, bu ölkələrin nüfuzlu universitet və məktəblərində ustad dərsləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə