Muğam Teatrının yaradıcı heyəti Türkmənistanda konsert verəcək
Muğam Teatrının yaradıcı heyəti sentyabrın sonu - oktyabrın əvvəllərində Türkmənistanda konsert proqramı ilə çıхış edəcək. Teatrdan SİA-ya bildiriblər ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfəri zamanı Muğam Teatrına da baş çəkərək kollektivin fəaliyyəti ilə maraqlanıb, teatrı ölkəsinə dəvət edib.
Türkmənistanda 300 mindən çox azərbaycanlı yaşayır. Bu baхımdan Muğam Teatrının dost ölkəyə səfərinin maraq doğuracağı gözlənilir.
Çoх sevilən müğənnilərimiz əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacılarının qastrol səfərində iştirak etməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB