Kipri “Eurovision- 2012” mahnı müsabiqəsində kim təmsil edəcək?- FOTO

Kipri “Eurovision- 2012” mahnı müsabiqəsində kim təmsil edəcək?- FOTO

Kipri "Eurovision- 2012" mahnı müsabiqəsində 17 yaşlı Ivi Adamounun təmsil edəcəyi gözlənilir. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ifaçının seçildiyi bildirilib.

O öz ölkəsində \"The X Factor\" müsabiqəsində iştirakı ilə tanınıb. Təxminən yanvar ayında milli finalın keçirilməsi nəzərdə tutulur. Ivi 3-5 mahnı ifa edəcək və ən çox səs toplayan ifa Kiprin gələn ilki müsabiqədə mahnısı olacaq.

Məlumat üçün bildirək ki, bu məlumatın Kiprin ictimai kanalı olan CyBC tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, keçən il Kipri müsabiqədə Kristos Malordos təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə