Park Bulvarda Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirilib-FOTOSESSİYA
Bu gün "İRƏLİ" İctimai Birliyi və Park Bulvar alış-veriş mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir boyu gənclər üçün məhz gənclərin özləri tərəfindən canlı musiqi, graffity, DJ battle, beatbox, breakdance, fotosessiya və müxtəlif yarışmalar təşkil olunub.
Təşkil olunan yarışmalarda qalib gələn şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Gənclər Günü 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilən gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB