Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan qastrol səfərlərindən qayıdıblar. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Onlar burada Avropada ən mötəbər musiqi festivallarından olan Münhen opera sənəti festivalında iştirak ediblər. Bu il həmin festivalda dünyanın 34 ölkəsindən - Avropa, Asiya və Latın Amerikasının müxtəlif ölkələrindən dirijor, rejissor və vokal sənəti ulduzları iştirak ediblər.
Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri festivalın Qrand-Final konsetində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə dünya şöhrətli məşhur vokalçılar – Rossana Kardia (İtaliya), Yana Dolezilkova (Çexiya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya), Adam Kim (Cənubi Koreya), Anna Nesuba (Almaniya), Andrzey Saçuk (Polşa), Mario Tcanq (Kanada) və başqları çıxış edirblər.
Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları C.Puççini, C.Verdi, C.Rossini, P.Maskanyi, P.Çaykovski, Ş.Quno və digər populyar əsərləri daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB