Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birgə Azərbaycanın iki filmini bərpa etdirir.
Fondun mətbuat xidməti Rəşad Qasımovun SİA-ya verdiyi məlumata görə, filmlərdən biri 1982-ci ildə Elçinin ssenarisi əsasında çəkilən "Gümüş furqon" filmidir. Filmin quruluşçu rejissoru Oqtay Mirqasımovdur.
Bərpa olunan digər film isə "Yay gününün xəzan yarpaqları" adlanır. 1986-cı ildə istehsal olunan filmin rejissoru Tofiq İsmayılovdur. Hazırda bərpa prosesində olan filmlər bu yaxınlarda Azərbaycana gətiriləcək. Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB