48-ci Beynəlxalq “Qızıl portağal” festivalında Azərbaycanı təmsil edəcək filmlərin adları məlum olub

48-ci Beynəlxalq “Qızıl portağal” festivalında Azərbaycanı təmsil edəcək filmlərin adları məlum olub

Türkiyənin Antalya şəhərində keçiriləcək 48-ci Beynəlxalq "Qızıl portağal" festivalında Azərbaycanı təmsil edəcək filmlərin adları məlum olub. SİA-nın məlumatına görə, bu festivalda Azərbaycanı milli kinematoqrafiyamızın istehsalı olan beş film təmsil edəcək.

Mərasim iştirakçıları Eldar Quliyevin "Girov", İlqar Nəcəfin "Buta", Samir Kərimoğlunun "Niyyət", İlqar Safatın "Sahə" və Yavər Rzayevin "İlahi məxluq" filmlərini izləyə biləcəklər.

Qeyd edək ki, "Qızıl portağal" kinofestivalı 1963-cü ildən etibarən hər il Antalyada keçirilir. Antalyanın Mədəniyyət və İncəsənət Fondunun dəstəyi ilə keçirilən festival Türkiyə kinosu üçün mühüm hadisə sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə