Qars müqaviləsinin 90 illiyi ilə əlaqədar filmin çəkiləşlərinə başlanılıb
Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında Qars müqaviləsinin 90 illiyi ilə əlaqədar "1921-ci ilin payızı" sənədli filminin çəkilişlərinə başlanılıb.
"Salnamə" kinostudiyasından SİA-ya verilən məlumata görə, çəkilişlər Naxçıvanda, Türkiyənin Qars, Ərzurum, Ankara və İstanbul şəhərlərində aparılacaq, tarixi hadisə ilə bağlı Rusiya və Türkiyənin kino və fotoarxivlərindəki maraqlı materiallardan istifadə olunacaq.
Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi İlham Tumas, məsləhətçisi Hacəli Nəcəfoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB