Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) "Mirzə Fətəli Axundzadə dərsləri" mövzusunda ustad dərsləri davam etdirilir.
ATXİ-dən SİA-ya bildirilib ki, növbəti dərsdə dramaturq-ssenarist Ramiz Fətəliyev gənc dramaturqların dram əsərləri ilə tanış olub və onlara məsləhətlərini verib.
"Mirzə Fətəli Axundzadə dərsləri" gənc dramaturqlara dram əsərləri üzərində yaradıcılıq işini daha geniş və əhatəli, məzmunlu və maraqlı, günün tələblərinə cavab verə biləcək səviyyədə aparmağa böyük imkanlar yaradır.
Növbəti dərslər avqustun 10-da təşkil ediləcək. Həmin gün seçilən əsərlər Rusiya Teatr Xadimləri İttifaqında keçiriləcək MDB, Baltikyanı və Gürcüstanın gənc teatr xadimlərinin işlərinə baxış müsabiqəsinə göndəriləcək.
Azərbaycandan bu müsabiqəyə 3 əsər təqdim ediləcək.
Qeyd edək ki, bu dərslərin məqsədi 2012-ci ildə anadan olmasının 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb teatrlardan birinin repertuarına daxil etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB