Dünya tarixində ən çox gəlir gətirən üçüncü film

Dünya tarixində ən çox gəlir gətirən üçüncü film

"Harri Potter"in sonuncu filmi gəlirinə görə dünya tarixinin ən çox gəlir gətirən üçüncü filmi olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Harri Potter və ölümün hədiyyəsi 2" filmi 1.113 milyard dollar gəlir əldə etməklə dünya kinematoqrafiya tarixinin üçüncüsü olub.

Film siyahıda yalnız Ceyms Kemeronun iki filmindən- "Avatar" və "Titanik"dən geri qalır.

Dünyada ən çox gəlir əldə edən filmlərin 5-liyi belədir:

1. "Avatar" – 2.782 milyard dollar

2. "Tuitanik" – 1.843 milyard dollar

3. "Harri Potter və ölümün hədiyyəsi 2″ – 1.133 milyard dollar

4. "Üzüklər şahzadəsi: Kralın qayıdışı" – 1.119 milyard dollar

5. "Karib dənizinin quldurları: ölünün sandığı" – 1.006 milyard dollar

"Harri Potter və ölümün hədiyyəsi 2″ Harri Potter seriyasından olan filmlərin səkkizincisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə