Dünyanın ən böyük incəsənət festivalı- FOTOSESSİYA

Dünyanın ən böyük incəsənət festivalı- FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, 65-ci Beynəlxalq Edinburq İncəsənət Festivalına bir həftə qalmış "Fringe" küçə incəsənəti festivalı öz işinə start verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 21.000-dən çox sənətkarın iştirak etdiyi Edinburq "Fringe" Festivalına cümə günü start verilib.

Beynəlxalq Kitab Festivalı, hərbi tatu və böyük incəsənət sərgiləri dünyanın ən böyük ənənəvi festivalı olan Edinburq Fring Festivalında birləşir.

Bu il festivalda 2.542-yə yaxın performans göstərilməsi nəzərdə tutulub.

1947-ci ildə təməli qoyulan Beynəlxalq Edinqburq Festivalına əlavə olaraq başladılan "Fringe" Festivalı ikinci dünya müharibəsinin sərt günlərini unutmaq üçün insanlara dərman olmuş, həmçinin neçə komediya, teatr ulduzlarının tanınmasında böyük rol oynayıb.

Bu ilki Beynəlxalq festival avqustun 12-dən sentyabrın 4-ə , kitab festivalı isə avqustun 13-dən 29-a kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə