Ankarada 8-ci Beynəlxalq Anadolu Günləri mədəniyyət və sənət festivalı başlayacaq

Ankarada 8-ci Beynəlxalq Anadolu Günləri mədəniyyət və sənət festivalı başlayacaq

Sentyabrın 9-da Ankarada 8-ci Beynəlxalq Anadolu Günləri mədəniyyət və sənət festivalı başlayacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, festivalda müxtəlif dövlətlərin Türkiyədəki səfirlikləri ölkələrinin adət-ənənələrini və mədəniyyətlərini nümayiş etdirmək imkanı əldə edəcəklər. Onlar festival çərçivəsində stend açacaq, müxtəlif tədbirlər keçirəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyi də festivalda təqdimatla çıxış edəcək. Bununla yanaşı, festivala gələnlər məşhur müğənnilərin konsertlərini də izləyə biləcəklər.

Məlumat üçün bildirək ki, festival sentyabrın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə