16-cı “Belaya Veja – 2011” festivalında Azərbaycanı Rus Dram Teatrı təmsil edəcək

16-cı “Belaya Veja – 2011” festivalında Azərbaycanı Rus Dram Teatrı təmsil edəcək
\"\"


Bu ilin sentyabr ayının 9-11 tarixlərində Belarusun Brest şəhərində keçiriləcək 16-cı "Belaya Veja – 2011", "Vremiya lyubit!" ("Sevmək vaxtıdır!") devizi altında keçirilən Beynəlxalq Teatr Festivalında ölkəmizi Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı təmsil edəcək.


Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rus Dram Teatrının kollektivi festivalda Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi, Elçinin "Ulduz, sevgi və şərab" əsəri əsasında hazırlanan tamaşanı təqdim edəcək.


Qeyd edək ki, 1996-cı ildən bəri hər il Brest şəhərində keçirilən "Belaya Veja" Beynəlxalq Teatr Festivalı müxtəlif dünya ölkələrinin milli teatr sənətini nümayiş etdirmək, inkişaf edən klassik səhnə ənənələrini göstərmək məqsədilə təqdim olunur.


Xatırladaq ki, Brest festivalı rejissor, aktyor, musiqiçi, rəssam və gənc istedadlar üçün ən yaxşı işlərini tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkanlar yaradır. 15 il ərzində "Belaya Veja" yaradıcılıq forumu beynəlxalq festivallar hərəkatında nüfuz qazanan festivallardan biridir. Bu müddət ərzində festivalda teatr sənətinin müxtəlif janrları və üslublarını təmsil edən 53 ölkənin yaradıcılıq kollektivləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com