Azərbaycanlı aktrisa Türkiyədə daha bir filmə çəkilir- FOTO

Azərbaycanlı aktrisa Türkiyədə daha bir filmə çəkilir- FOTO

"Dilbərin səkkiz günü" filmində qazandığı məşhurluğu ilə kino karyerasını genişləndirən Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə Türkiyədə daha bir filmə çəkilir.

Bu, yeni mövsümdə ATV kanalında yayımlanacaq "Yanğın var" filmidir. SİA-nın Türkiyənin "Star" qəzetinə istinadən verdiyi məlumata görə, Nəsrinin də rol aldığı filmə Rize bələdiyyəsi dəstək verir. Hazırda filmin çəkilişləri Rizedə aparılır. Daha sonra isə Trabzonda davam etdiriləcək.

Qeyd edək ki, Nəsrin Cavadzadə 11 yaşında Azərbaycandan Türkiyəyə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə