Siyavuş Aslan Mərkəzi Klinik Xəstəxanaya aparılıb- YENİLƏNİB

Siyavuş Aslan Mərkəzi Klinik Xəstəxanaya aparılıb- YENİLƏNİB

Azərbaycanın xalq artisti Səyavuş Aslan təcili tibb yardım maşını ilə Fuad Əfəndiyev adına 4 saylı xəstəxanadan Mərkəzi Klinik Xəstəxanaya tomoqrafiya müayinəsi üçün aparılıb. Bu barədə SİA-ya xəstəxananın Reanimasiya şöbəsindən məlumat verilib. Məlumatda o da bildirilib ki, baş həkim də xalq artisti ilə birlikdə gedib. Xəstənin yenidən F. Əfəndiyev adına xəstəxanaya qayıdacağı isə bəlli deyil.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri İradə Nağıyeva yerli mətbuata verdiyi açıqlamasında bildirib ki, xəstə beyin insultu diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. İ. Nağıyeva bildirib ki, xalq artistinin vəziyyəti ağır olaraq qalır: "Amma hazırda Səyavuş müəllimin huşu tam aydındır. Onunla kontakta girmək mümkündür. Gələndə huşsuz idi və onunla heç bir kontakta girə bilmirdik. İndi onunla danışa bilirik".

Məlumat üçün bildirək ki, dünən axşam saatlarında Azərbaycanın xalq artisti Səyavuş Aslan ağır şəkər diaqnozu ilə İlyas Əfəndiyev adına 4 saylı xəstəxanaya yerləşdirilib. O müəyyən müddət koma vəziyyətində qalıb. Səyavuş Aslan komadan çıxsa da onun vəziyyəti ağır və qeyri-stabil olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə