Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin növbəti konserti olub
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olub.
SİA-nın məlumatına görə, "Qafqaz Resorte" otelinin qarşısında, açıq səma altında keçirilən konsertdə bəstəkar Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri, Azər Rzayevin və Pyotr Çaykovskinin violin, piano və orkestr üçün konsertləri səsləndirilib.
Orkestrin çıxışı xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İsrailin Keşet Eilon Beynəlxalq Violin ustad dərslərinin yaradıcısı, Buones-Ayres Beynəlxalq Violin Müsabiqəsinin sədri Şlomo Mints (İsrail, violin), S.Raxmaninov Fondunun və "Annacy", "Baykal ulduzları" və "Crescendo" beynəlxalq festivallarının bədii rəhbəri Denis Matsuyevi (Rusiya, piano) müşayiət edib. Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB