Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək
Xarici ölkələrin film həftələri çərçivəsində Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.
\"Azərbaycanda Rusiya və digər ölkələrin film həftələri keçirilir.
Kinoteatrlarda filmlər Azərbaycan dilində nümayiş olunmalıdır. Buna görə də
bundan sonra həmin filmlər Azərbaycan dilinə tərcümə olunacaq\", - sektor
müdiri bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu yenilik Azərbaycanda xarici ölkələrin
film həftələrinin təşkilinə olan marağı azaltmayacaq.
Şeyxov deyib ki, kinoteatrlar filmlərin Azərbaycan dilinə dublyaj
olunmuş variantının nümayişi ilə bağlı hər hansı problemin yaranmaması üçün bu
işə əvvəlcədən hazırlaşacaq.
\"Biz indi Azərbaycanda Rusiya kino
həftəsinin keçirilməsi ilə bağlı danışıq aparırıq. Onlardan xahiş etdik ki,
filmlərin danışıq mətnlərini əvvəlcədən göndərsinlər ki, onları tərcümə etməyə
vaxtımız olsun. Rusiya tərəfi Rusiya film həftəsinin yaxın vaxtlarda
keçirilməsini təklif edirdi. Amma biz dedik ki, filmlərin tərcüməsinin vaxt
aparacağı üçün tədbir noyabrda təşkil edilsin\", - deyə o əlavə
edib.
O qeyd edib ki, əsasən rus dilində filmlər nümayiş etdirən
\"Azərbaycan\" və \"Cinema klub\" kinoteatrları Mədəniyyət və
Turizm Nazirliyinin filmlərin Azərbaycan dilində səsləndirilməsi ilə bağlı
qoyduğu tələbə çox ciddi yanaşırlar.
Artıq hər iki kinoteatrda
Azərbaycan dilində subtitrləri olan filmlərə baxmaq mümkündür.
Y.
Şeyxov onu da vurğulayıb ki, Azərbaycandakı bütün kinoteatrlarda filmlər
Azərbaycan dilində nümayiş olunmalıdır. Bu tələb Mədəniyyət və Turizm
Nazirliyinin yeni istifadəyə veriləcək \"Nizami\" kinoteatrına da aid
olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB