Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. SİA-nın məlumatına görə, ilk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilən xronika süjetləri (\"Bibiheybətdə neft fontanı yanğını\", \"Balaxanıda neft fontanı\", \"Şəhər bağında xalq gəzintisi\", \"Qafqaz rəqsi\" və s.) və bir bədii kinosüjetdən (\"İlişdin\") ibarət idi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olunub. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi.
1924-cü ildə AFKİ ikiseriyalı \"Qız Qalası əfsanəsi\" (rejissor V.V. Ballyuzek) adlı bədii filmi ekranlara çıxardı.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi.
AFKİ sonralar \"Azdövlətkino\" (1926-1930), \"Azərkino\" (1930-1933), \"Azfilm\" (1933), \"Azdövlətsənayesi\" (1934), \"Azərfilm\" (1935-1940), \"Bakı kinostudiyası\" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına \"Azərdaycanfilm\" kinostudiyası adlanır.
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə \"Bakıda 9 qızıl Ordunun rəsmi keçidi\" adlı ilk xronika kinojurnalı çəkilib.
Azərbaycan kinosu 1935-1988-ci illərdə. Səsli dövr
1935-ci ildə \"Azərfilm\"in Moskvanın \"Mejraypromfilm\" kinostudiyası ilə birqə yaratdığı \"Mavi dənizin sahilində\" (rejissor B.V. Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılıb.
Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: (\"Bir qalanın sirri\", \"Sehrli xalat\", \"Qərib cinlər ölkəsində\" (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), \"Şirin evdən getməsi\" (1978, rejissor R.İsmayılov), \"Mən mahnı qoşuram\", \"Əzablı yollarla\", \"Musiqi müəllimi\" (1979, 1982, 1983, rejissor T.İsmayılov), \"Gəmi saatının sirri\" (1982, rejissor R.Şabanov), \"İsmayıl bəyin mücrüsü\" (1983, rejissor G.Əzimzadə) və s.) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi (\"Əlaqə\", rejissor Ç.Zeynalov) yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB