Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Ağdaşda konsert veriblər
Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Ağdaşda konsert veriblər. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları avqustun 1-də Habil Əliyev adına Ağdaş şəhər musiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları və təsniflər ifa olunub.
Vokalçılardan Əməkdar Artist Gülnaz İsmayılovanın və Ramil Qasımovun, pianoçulardan Əməkdar artistlər Kəmalə Neymanovanın, Murad Adıgözəlzadənin ifaları alqışlarla qarşılanıb.Xanəndə Rəvanə Ərəbovanın Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayevin (nağara) müşayiəti ilə ifa etdiyi xalq mahnıları və təsniflər böyük marağa səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB