Ayaz Salayev: “Ad günüm heç vaxt istədiyim kimi keçməyib” - AÇIQLAMA

Ayaz Salayev: “Ad günüm heç vaxt istədiyim kimi keçməyib” - AÇIQLAMA

Bu gün əməkdar incəsənət xadimi, rejissor, ssenarist, kinoşünas Ayaz Salayevin doğum günüdür. SİA bununla bağlı Ayaz Salayevlə əlaqə saxlayıb onu təbrik edib.

Ayaz Salayev hər zaman olduğu kimi bugünkü doğum günündə evdə qeyd etdiyini bildirib: "Təbriklərimi artıq almışam. Bütün dostlarım, tanışlarım, ailə üzvlərim artıq təbrik ediblər".

Baxmayaraq ki, heç vaxt ad günüm istədiyim kimi keçməyib deyən Ayaz Salayev: "Hər zaman insanın doğum gününün fərqli keçəcəyini zənn edirsən, ancaq bu heç də belə deyil".

Dövlət tərəfindən xalq artisti adının verilməsini istəyirsinizmi sualına isə kinorejissor hələ tezdir deyə cavablandırıb.

SƏS informasiya agentliyinin əməkdaşları adından Ayaz Salayevi doğum günü münasibəti ilə təbrik edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə