Azərbaycanlı rəssam “Absurdistan” filmindəki yaradıcılıq işinə görə daha bir mükafat qazanıb

Azərbaycanlı rəssam “Absurdistan” filmindəki yaradıcılıq işinə görə daha bir mükafat qazanıb

Azərbaycanlı sürrealist rəssam Mehriban Əfəndi alman kinematoqrafçılarının çəkdiyi "Absurdistan" filmindəki yaradıcılıq işinə görə daha bir mükafat qazanıb. SİA-nın məlumatına görə, film bu günlərdə Fransada keçirilən "Cinema & Costume Moulins" festivalında ən yaxşı geyim rəssamı işinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, alman kinorejissoru Veit Helmerin quruluş verdiyi "Absurdistan" filmi 2007-ci ildə Azərbaycanda çəkilib. Komediya janrında lentə alınan ekran əsəri məhəbbət mövzusundadır. Filmdə 20-dən çox xarici və Azərbaycan aktyorları çəkilib.

İndiyədək 50-dən çox festivalda iştirak edən film 15-dək mükafat qazanıb. Bu uğurda həmyerlimiz, istedadlı rəssam Mehriban Əfəndinin də böyük payı var. Ekran əsəri artıq üçüncü dəfədir ki, geyim üzrə rəssam işinə görə mükafata layiq görülür. Film bundan öncə Makedoniyada keçirilən beynəlxalq \"Skopje Macedonia\" kinofestivalinda ən yaxsı geyim üzrə mükafata və Almaniya Kinoakademiyasi tərəfindən "Lola" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə