Çelyabinsk vilayətində Azərbaycana həsr olunan fotosərgi keçiriləcək

Çelyabinsk vilayətində Azərbaycana həsr olunan fotosərgi keçiriləcək
Sentyabrın 4-5-də Rusiyanın Çelyabinsk vilayətinin mərkəzində Şəhər Günləri keçiriləcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Şəhər Günləri çərçivəsində vilayətin diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycana həsr olunan fotosərgi açılacaq.


Sərgidə Bakı gecələrini, Azərbaycanın təbiətini, tarixini, mədəniyyətini və adət-ənənəsini əks etdirən 100 fotoşəkil nümayiş etdiriləcək. Sərgiyə gələnlər, həmçinin Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə aid kitabla da tanış olacaqlar.


Qeyd edək ki, fotoşəkillər Çelyabinsk vilayətinin diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovskinin iyulun ortalarında Azərbaycana səfəri zamanı çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня