Stinq 25 illik fəaliyyəti ilə bağlı 3 disk buraxacaq

Stinq 25 illik fəaliyyəti ilə bağlı 3 disk buraxacaq

Britaniyalı ifaçı Stinq 25 illik solo karyerası ərzində oxuduğu ən yaxşı mahnılardan ibarət 3 disk buraxmağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə müğənninin şəxsi saytında bildirilib.

45 mahnının yer aldığı kolleksiya "Stinq: 25 il" adlanacaq. Bundan əlavə, eyni vaxtda ifaçının əvvəl yayımlanmayan konsert videoyazılarından ibarət DVD də işıq üzü görəcək. DVD mahnıların mətni olan buklet, fotoşəkillər və müğənninin müraciəti ilə müşayiət olunacaq.

Mahnılar arasında "Brand New Day", "The Soul Cages", "If I Ever Lose My Faith In You" və "Whenever I Say Your Name" mahnıları da yer alacaq. Kolleksiya "Universal Music Group"a daxil olan "Cherrytree" və "A&M Records" leyblları ilə nəşr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə