Zone Reality düşərgəsinin artıq 3 günü geridə qalıb. SİA-nın məlumatına görə, yarışamada rəqabət olduqca yüksəkdir. Səhərləri musiqi sədası altında açan iştirakçılar, ilk öncə həkim müayyinəsindən keçirlər, həkim hansı iştirakçının bu gün fiziki yarışlara qatıla biləcəyinə qərar verir.
"Zone Reality 2" günü komandalar günün birinci yarısı fiziki oyunlar keçiriblər. Fiziki oyunlarda "Şuşa Qalası" komandasının iştirakçıları yüksək fiziki hazırlıq göstərib qalib gəliblər.
\"Şuşa Qalası\" komandasını üzvü Həmid Cəfərov burada gözləntilərindən də artığını gördüyünü deyib: \"Qatılmamışdan əvvəl videolara baxanda düşünürdüm ki, yarışlarda qalib gəlmək asandır. Ancaq komanda içərisində olanda risk etmək çox çətindir. Çünki, burada tək sən deyilsən, komandanın da məqsədlərinə tabe olmalısan və ya onun uğurunda mübarizə aparmalısan. Çox çatindir. Qıraqdan hər şey insana asan gəlir. Təşkilatçılar sağ olsun. Burada hər şey yüksək səviyyədə təşkil olunub."
\"İçərişəhər\" komandasının üzvü Adil Məmmədov isə qalib gələcəklərinə əmin olduğunu deyib: \"2 gündür komanda liderimizi düzgün seçirik. Elnur bəy hər iki gündə komandanı düzgün bölür və heç bir narazıçılığımız yoxdur. Düzdür fiziki cəhəddən biz passivik, bu da gündəlik iş rejimimizdən aslıdır. Düşünürəm ki, hər bir insanın ildə bir dəfə bu tip düşərgələrə qatılması lazımdır. 2 gündə fiziki cəhətdən aktivik hiss edirəm".
Axşam komandalar Zaqatala orta məktəb voleybol meydanşasından istifadə edib növbəti xalı qazanmaq uğurunda mübarizə aparıblar. Sonda 3-2 hesabı ilə "Şuşa Qalası" komandası qalib gəlib.
Qeyd edək ki, bütün burada olan maraqlı görüntülər 1-7 senyabr ərəfəsində yarışmanın rəsmi saytında yayımlanacaq.
Yarışmanın informasiya dəstəyi SƏS informasiya agentliyinə məxsusadur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB