“Crescendo” alphorn dueti İçərişəhərdə konsert verəcək

“Crescendo” alphorn dueti İçərişəhərdə konsert verəcək

İyulun 30-da İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Crescendo" alphorn (alp zurnası) dueti Qız qalasının qarşısındakı meydanda konsert proqramı ilə çıxış edəcək.

SİA-nın məlumatına görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçiriləcək konsert İsveçrənin Milli Günü münasibətilə təşkil olunacaq.

Məlumat üçün bildirək ki, taxtadan hazırlanan və iri buynuzvari formada olan ənənəvi İsveçrə musiqi aləti alphorn İsveçrə dağlıları tərəfindən ifa edilir. İsveçrə dağlıları əvvəllər bu alətdən əlaqə vasitəsi kimi və təhlükə barədə xəbər vermək üçün istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə