Rumıniyanın mədəniyyət və milli irs naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Rumıniyanın mədəniyyət və milli irs naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoyub.

SİA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzüb.
Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə