Sumqayıt şəhərində \"Kinomuzun dünəni, bu günü, sabahı\" adlı disput keçiriləcək
İyul ayının 29-da Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyinin Konfrans zalında milli kinomuzla bağlı tədbir təşkil ediləcək.
Təşkilatdan SİA-ya bildiriblər ki, sözügedən tədbirin əsas məqsədi 2 Avqust Milli Kino Günü ilə bağlı kinomuzun bu günü, gələcək inkişaf perspektivləri, problemləri barədə söhbət aparmaq, dəvət olunan görkəmli sənətkarlarımız, kino xadimlərimizlə auditoriya arasında birbaşa kontakt yaratmaq, fikir mübadiləsi aparmaq, həmçinin gənc rejissor və aktyorlarla əvvəlki nəsil sənətkarları arasında varislik prinsiplərinin inkişaf meyillərini çözməkdir.
Tədbirdə gənc rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" layihəsi çərçivəsində çəkdiyi "Bir addım" qısametrajlı filminin də nümayişi təşkil olunacaq.
Qonaqlar sırasında xalq artisti Amaliya Pənahova, görkəmli rejissor Rövşən Almuradlı, xalq artisti Nurəddin Mehdixanlı, Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev və digərləri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB