Sentyabrın 9-dan 18-dək İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq kinofestivalda Azərbaycanı "Çövkan" sənədli filmi təmsil edəcək.
"Salnamə" studiyasından SİA-ya verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Rafiq Quliyevdir. Təqribən 10-11 dəqiqəlik filmdə kinematoqrafik təsvirə üstünlük verildiyi üçün diktor mətnindən tamamilə imtina edilib.
Tamaşaçı bir neçə qəhrəmanın daxili monoloqu ilə tanış olur. Film musiqi ilə müşayiət edilir.
"Çövkan" sənədli filmi 2011-ci ildə "Salnamə" studiyasında istehsal olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB