Qəbələ III Beynəlxalq Musiqi Festivalında İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası və kamera musiqisi konserti olub

Qəbələ III Beynəlxalq Musiqi Festivalında İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası və kamera musiqisi konserti olub

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində İsrail Balet Qrupunun "Rooster" xoreoqrafik tamaşası və kamera musiqisi konserti olub.

SİA-nın məlumatına görə, bu gün "Qafqaz Resorte" otelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Qarayevin, T.Quliyevin, V.Motsartın, V.Lütoslavskinin, F.Şubertin, L.Bernstaynın, C.Qerşvinin əsərləri səsləndirilib.


Konsertlərdə pianoçular- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Yeganə Axundova, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və rusiyalı Nina Koqan, ABŞ-da yaşayan məşhur azərbaycanlı pianoçu Validə Rəsulova çıxış ediblər.


İsrail Balet Qrupunun "Rooster" xoreoqrafik tamaşası maraqla qarşılanıb. İsrail Operası və S.Dalal adına musiqi mərkəzi tərəfindən səhnələşdirilən tamaşa İ.Perets və S.Bekketin əsərləri, eləcə də Aralıq dənizi məişətini əks etdirən folklor hekayələri üzərində qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com