Beynəlxalq kukla teatrı festivalında iştirak üçün 25 ölkəyə dəvət göndərilib
Bu il noyabrın 1-dən 6-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq kukla teatrı festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı\"na əsasən, UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə gerçəkləşəcək.
Rumıniya, Gürcüstan, Ukrayna, Estoniya, Türkiyə, Mərakeş, Misir, İordaniya, Bolqarıstan və digər ölkələr daxil olmaqla ümumilikdə 25-dək ölkəyə dəvət göndərilib. Həmin ölkələr artıq təqdim edəcəkləri tamaşaların yer aldığı diskləri göndəriblər və təşkilat komitəsi tərəfindən tamaşaların seçimi aparılır.
Festivalda Azərbaycan tərəfindən Kamran Şahmərdanın "Ağ və Qara" pyesi əsasında özünün quruluş verdiyi eyniadlı tamaşa, Nizami Gəncəvinin "Xeyir və Şər" əsəri əsasında əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluş verdiyi eyniadlı tamaşa və Qax Dövlət Kukla Teatrının "Turp" tamaşası təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB