Övliya Çələbi haqqında filmin çəkilişləri Azərbaycanda da aparlılacaq
Orta əsrlərin ən tanınmış səyyahlarından biri olan Övliya Çələbi haqqında filmin çəkilişləri Azərbaycanda da aparlılacaq. SİA-nın məlumatına görə, məhşur səyyah haqqında film 10 seriyadan ibarət olacaq və müxtəlif ölkələrdə lentə alınacaq.
Türk Dili Qurumu (TDK) və TRT
telekanalının birgə layihəsi olaraq, orta əsrlərin tanınmış səyyahı Övliya
Çələbi haqqında sənədli filmin istehsalına başlanılıb.
Filmin müəllifləri Ö.Çələbinin bu günə qədər dünyada layiqincə tanıdılmadığını,
bu səbəbdən də belə bir filmə ehtiyac olduğunu bildiriblər.
Qeyd olunur ki, 10 seriyadan ibarət olacaq filmin çəkilişləri bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB